Haqqında
Quba şəhəri, Bakı-Quba yolunun üstündə, Nərimanabad kəndi, Diaqnostika mərkəzinin yaxınlığında şəxsi həyət evimi satıram. Ev yenicə əsaslı təmir olunub. Həyətyanı sahəylə birliktə ümumi ərazi 31sot təşkil edir. Ev bu ərazinin içində 162m/kvdir. 2 böyük yataq otağı, bir geniş mətbəx, bir böyük qonaq otağı(33m/kv), bir böyük əsas zal(55m/kv). Hamam, tualet və birdə ayrıca həyətdə tualet var. Su, işıq, qaz və internet xətti daimidir. İstilik sistemi kombi ilə təchiz olunub. Həyətdə böyük naves, yelləncək, gilas, fındıq, heyva ağacları var. Həyətin 3 maşının yerləşə biləcəyi qədər sahəsi var. Həyətin bir başında böyük anbar, əlavə alətlər və quru tərəvəzlər saxlamaq üçün kiçik anbar və toyuq saxlamaq üçün şərait var. Həyətdə 4tonluq su çəni var. Həmçinin həyətdə 2 təndirdən ibarət, həm təndir, xərək, həmçinin paxlava və bükmənin bişirilib satılması üçün obyekt var. Obyektin qapısı ayrıdır. Ev Bakıdan Qubaya gedən yolun üstündə sağ tərəfindədir. Məktəbə, uşaq bağçasına, marketə, xəstəxanaya və Asan xidmətə, avtobus dayanacağına 2dəqiqəlik məsafədə yerləşir. Sənəd kupçadır. Ev həyətyanı sahə ilə birliktə satılır. Vəya istəyən olsa ərazidən 15 sot boş torpaqın satılması da mümkündür. Ciddi şəkildə almaq istəyən real alıcıya evə və torpaq ərazisinə baxış keçirdikdən sonra qiymətdə endirim olunacaq. Çox xahiş edirəm kiçik bir neçə sot torpaq üçün və telefonda qiymət danışmaq üçün zəng edib narahat etməyin.
Həyət evi satılır.
Qiyməti: 357.000 AZN
Sahəsi: 162 kvm.
Çıxarış: Var












