Haqqında
Quba şəhərinin mərkəzində, “aeraport” deyilən ərazidə (32-33-cü məhəllə), Asan xidmət, icra hakimiyyəti, məhkəmə və Heydər parkının 200-300 metrliyində, yeni avtovağzalın yaxınlığında, həyətyanı sahəsi 4 sot, yaşayış sahəsi 160 kv.m olan, 2016-ci ildə inşa edilən 1 mərtəbəli tam təmirli, hər cür şəraiti olan həyət evi satılır. Evin 1 qonaq və 4 yataq otağı, mətbəxi, geniş dəhlizi və sanitar qovşağı var. Evin 2 küçəyə çıxışı var. Giriş qapısı bir küçəyə, qaraj darvazası isə digər küçəyə açılır. Evin tikintisində yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Kombi sistemi ilə təchiz olunub. 750 lt su çəni var. İşığı, suyu, qazı daimidir. Ətraf küçələr tam asvalt olunub. Yaxınlığda poçt, məktəb, park, böyük ticarət mərkəzləri, supermarket, inşaat malları mağazası və digər iaşə obyektləri mövcuddur. Sənədləri qaydasındadır.
Ev satılır.
Qiyməti: 141.000 AZN
Sahəsi: 160 kvm.
Çıxarış: Var












